Komitə sədrinin müavini: "Azərbaycanda gömrük rəsmiləşdirilməsi xeyli asanlaşıb"

Komitə sədrinin müavini: "Azərbaycanda gömrük rəsmiləşdirilməsi xeyli asanlaşıb" Son illər Azərbaycan gömrük sistemində həyata keçirilən islahatlar ve tətbiq edilən yeniliklər - "Yaşıl Dəhliz" buraxılış sistemi, "Bir pəncərə" platforması, kağızsız gömrük rəsmiləşdirilməsini təmin edən Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi, habelə
Biznes
17 Noyabr , 2023 11:27
Komitə sədrinin müavini: Azərbaycanda gömrük rəsmiləşdirilməsi xeyli asanlaşıb

Son illər Azərbaycan gömrük sistemində həyata keçirilən islahatlar ve tətbiq edilən yeniliklər - "Yaşıl Dəhliz" buraxılış sistemi, "Bir pəncərə" platforması, kağızsız gömrük rəsmiləşdirilməsini təmin edən Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi, habelə poçt va ekspress daşımaları üçün yaradılan "Smart Customs" mobil tətbiqi hesabına gömrük rəsmiləşdirilməsi xeyli asanlaşıb.

"Report " xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini Natiq Şirinov ötən gün Zəngilan şəhərində işə başlamış və bu gün işini Bakıda davam etdirən “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq konfransda bildirib.

"Gömrük sahəsində yeni çağırışlara effektiv cavab verilməsi üzrə Ümumdünya Gömrük Təşkilatının Ticarətin asanlaşdırılması standartlarına uyğun müxtəlif alət və mexanizmləri özündə birləşdirən "Gömrük İnkişaf Modeli" ötən ildən uğurla tətbiq edilir. Burada xarici ticarət iştirakçıları üçün Elektron Hesab Səhifəsinin olması, gömrük dəyərinə düzəliş bildirişinin 24 saat ərzində verilməsi, Məcburi Qərarlar Sisteminin tətbiqi, ekspertiza rəyləri üçün vahid bazanın yaradılması, sərhəddə yük nəqliyyat vasitələri üçün elektron növbə sisteminin istifadəsi, "Avro-4" sertifikatının elektron formada verilməsi və digər dövlət qurumlarını da əhatə edən Vahid Idxal-İxrac Pəncərəsinin təkmilləşdirilməsi əsas prioritet istiqamətlərdir", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi