KOBİA "Rebuild Karabakh" sərgisində iştirak edir

KOBİA "Rebuild Karabakh" sərgisində iştirak edir İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ötən gün Bakı Ekspo Mərkəzində işə başlamış və sabah baça çatacaq "Rebuild Karabakh" - 1-ci Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində xüsusi
Biznes
21 Oktyabr , 2021 10:02
KOBİA Rebuild Karabakh sərgisində iştirak edir

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ötən gün Bakı Ekspo Mərkəzində işə başlamış və sabah baça çatacaq "Rebuild Karabakh" - 1-ci Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində xüsusi stendlə təmsil olunur.

"Report" bu barədə Agentliyə istinadən xəbər verir.

Məlumata görə, KOBİA-nın stendində işğaldan azad olunmuş ərazilərə investisiya qoyuluşunda və biznes layihələri həyata keçirməkdə maraqlı olan yerli və xarici iş adamlarının müraciətləri yerində qəbul edilir. Stenddə həmçinin Agentliyə daxil olan müraciətlərə dair məlumatlandırıcı lövhə yerləşdirilib. İndiyə qədər işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan KOBİA-ya 800-dən çox müraciət daxil olub ki, bu müraciətlərin 240-a yaxınını 30 ölkədən olan xarici investorlar təqdim edib. Agentliyin stendində əməkdaşlıqda maraqlı olan yerli və xarici iş adamlarının görüşü üçün müvafiq şərait də yaradılıb.

Həmçinin KOBİA-nın stendində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində KOBİA, TÜİB və TİKA təşkilatlarının birgə dəstəyi ilə həyata keçirilən suvenir istehsalı müəssisəsi və istixana təsərrüfatı, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlara verilən dövlətin güzəştli kreditləri barədə də məlumat verilir.

İlk dəfə olaraq keçirilən "Rebuild Karabakh" sərgisində 20-yə yaxın ölkədən 280-ə yaxın yerli və xarici şirkətlər iştirak edir. Sərgidə Qarabağın inkişafı üçün səmərəli məhsul, layihə və həllər nümayiş olunur.

Son xəbərlər

Orphus sistemi