Bakıda daşınmaz əmlakın kirayəsi ucuzlaşıb

Biznes
  • 11 noyabr, 2021
  • 12:37
Bakıda daşınmaz əmlakın kirayəsi ucuzlaşıb

Bu ilin oktyabr ayında Bakıda mənzillərin kirayəsi bazarında orta qiymətlər 11,8 % azalıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə bazarda 4,69 % uçuzlaşma olub.

Bu barədə “Report”a “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri, MBA konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov məlumat verib.

Ay ərzində ucuz evlərin (500 manata qədər) kirayə qiymətlərində 0,82 %, orta qiymətə olan evlərin (500-1000 manat civarında) kirayə qiymətlərində 1,35 %, bahalı evlərin (1000 manatdan baha) qiymətində isə 14,46 % azalma olub.

Ötən ay fərdi yaşayış və bağ evlərinin kirayəsi (orta qiyməti, manatla) 1,91 % ucuzlaşıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə bazarda 9,13 % qiymət azalması olub. Ay ərzində bahalı evlərin (1 000 manatdan baha) kirayə qiymətində 11,48 % artım, orta qiymətə olan mənzillərin (500-1 000 manat) qiymətində 7,14 % artım, ucuz mənzillərin (500 manata qədər) qiymətində isə 1,6 % azalma olub.

Son xəbərlər

Bütün Xəbər Lenti