İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatasının təsis konfransı keçirilib

İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatasının təsis konfransı keçirilib İsveçrənin Cenevrə şəhərində İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatasının (SACCI) təsis konfransı keçirilib.
Biznes
22 Sentyabr , 2022 10:15
İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatasının təsis konfransı keçirilib

İsveçrənin Cenevrə şəhərində İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatasının (SACCI) təsis konfransı keçirilib.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.

Məlumata görə, tədbir Agentliyin və Azərbaycanın İsveçrədəki Səfirliyinin dəstəyi ilə baş tutub. Konfransda hər iki ölkədən palataya üzv olan şirkətlərin, eləcə də dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov, İsveçrənin Azərbaycandakı səfiri Muriel Peneveyre, SACCI-nin prezidenti Klaude Haegi, KOBIA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev, “SOCAR Trading” şirkətinin prezidenti Məryəm Almaszadə və “İSR Holdinq” MMC-nin baş icraçı direktoru Rauf Xəlilov ölkələrimiz arasında əməkdaşlığa, palatanın fəaliyyətinə, iş adamları arasında əlaqələrin genişləndirilməsinə dair çıxış ediblər.

İsveçrə-Azərbaycan Ticarət və Sənaye Platasının təsis konfransına dair İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) İkitərəfli İqtisadi Əlaqələr şöbəsinin müdiri və Federal Şuranın Ticarət Sazişlər üzrə Nümayəndəsi, Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın İsveçrəli həmsədri, səfir Ervin Bollinger tərəfindən konfrans iştirakçılarına təbrik məktubu ünvanlanıb. Məktubda Palatanın fəaliyyətinə uğurlar arzu edilib və İsveçrə Hökumətinin dəstəyi ifadə olunub.

Konfrans çərçivəsində KOBİA tərəfindən ölkəmizdə KOB-lara göstərilən dəstək mexanizmlərinə, AZPROMO tərəfindən Azərbaycanın investisiya potensialına, SACCI tərəfindən palatanın interaktiv platformaları və saytına dair təqdimatlar keçirilib.

Sonra konfransda palatanın yeni strukturu təsdiqlənib, İdarə Heyəti və palataya yeni üzvlər seçilib, qarşıdakı dövrdə palata çərçivəsində görüləcək işlər müzakirə edilib, SACCI-yə üzv olan Azərbaycan və İsveçrə şirkətləri arasında ikitərəfli görüşlər təşkil edilib.

Son xəbərlər

Orphus sistemi