İran Azərbaycana kərə yağı ixracını 60 dəfəyə yaxın artırıb

Biznes
  • 14 aprel, 2022
  • 10:46
İran Azərbaycana kərə yağı ixracını 60 dəfəyə yaxın artırıb

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan xaricdən 13,79 milyon ABŞ dolları dəyərində 2 min 574 ton kərə yağı alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 54,2 %, kəmiyyət olaraq – 41,9 % artıb.

Yeni Zelandiyadan 4,99 milyon ABŞ dolları dəyərində 850,61 ton, İrandan 3,67 milyon ABŞ dolları dəyərində 872,43 ton, Ukraynadan 2,1 milyon ABŞ dolları dəyərində 349,49 ton, Finlandiyadan 675,19 min ABŞ dolları dəyərində 120,37 ton, Türkiyədən 521,65 min ABŞ dolları dəyərində 99,92 ton məhsul gətirilib.

2021-ci ilin yanvar-fevral ayları ilə müqayisədə Yeni Zelandiyadan tədarük müvafiq olaraq 23,1 % artıb və 5 % azalıb, İrandan – 61 dəfə və 58,1 dəfə artıb, Ukraynadan – 11,7 % və 24,1 % azalıb, Finlandiyadan – 52 % və 57,9 % artıb, Türkiyədən – 12 dəfə və 15,4 dəfə artıb.

Hesabat dövründə Azərbaycan ancaq Rusiyaya kərə yağı tədarük edib. Bu ölkəyə 392,61 min ABŞ dolları dəyərində 79 ton məhsul satılıb. Ötən ilin müvafiq dövründə Azərbaycan kərə yağı ixrac etməyib.

44 filmi