Sanitar qovşaqdan istifadə qadağa olunacaq?

Sanitar qovşaqdan istifadə qadağa olunacaq? İqtisadiyyat Nazirliyi: “Restoranlarda sanitar qovşaqdan istifadə ilə bağlı qadağa yoxdur”
Biznes
15 Avqust , 2020 11:52
Sanitar qovşaqdan istifadə qadağa olunacaq?

“Fəaliyyətinə icazə verilən ictimai iaşə obyetlərinin daxilində sanitar qovşaqdan istifadə ilə bağlı qadağa müəyyən edilməyib".

“Report” xəbər verir ki, bunu  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

O qeyd edib ki, hər bir sahibkar sanitar qaydalara əməl etməli, dezinfeksiya vasitələrindən istifadə etməlidir: 

"Sanitar qovşaqla bağlı xüsusi qeydin olmamasına baxmayaraq, istənilən sahibkarlıq subyektində ara məsafənin qorunması tələbi müəyyən olunub. Həmin tələblərin qorunması şərti ilə hansısa iaşə obyektində sanitar qovşağın fəaliyyət göstərməməsi ilə bağlı hansısa qeyd müəyyənləşməyib".

Son xəbərlər

Orphus sistemi