İqtisadiyyat naziri Qubada vətəndaşları qəbul edib

İqtisadiyyat naziri Qubada vətəndaşları qəbul edib Bu gün iqtisadiyyat naziri Mikayıl Cabbarov Quba şəhərində Qusar və Quba rayonlarından olan vətəndaşları qəbul edib.
Biznes
11 Mart , 2022 18:37
İqtisadiyyat naziri Qubada vətəndaşları qəbul edib

Bu gün iqtisadiyyat naziri Mikayıl Cabbarov Quba şəhərində Qusar və Quba rayonlarından olan vətəndaşları qəbul edib.

"Report" nazirliyə istinadən xəbər verir ki, qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, vergi inzibatçılığı, əmlak məsələləri, istehsal, emal və xidmət müəssisələrinin yaradılması və s. məsələlərlə bağlı müraciət ediblər.

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir hissəsi həll olunub, araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb və həlli üçün müvafiq tapşırıqlar verilib.

Qəbula gələn sahibkarların təklifləri isə müzakirə olunub, heyvandarlıq, bağçılıq, turizm-sanatoriya kompleksinin yaradılması və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi ilə bağlı müvafiq göstərişlər verilib.

Son xəbərlər

Orphus sistemi