İİTKM bir neçə vəzifə üzrə vakansiya elan edib
- 09 avqust, 2024
- 08:59
Yeniliklərdən dərhal xəbərdar olun!
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) bir neçə vəzifə üzrə vakansiya elan edib.
"Report" bu barədə Mərkəzə istinadən xəbər verir.
Məlumata görə, vakansiyalar aşağıdakılardır:
- Monitorinq və qiymətləndirmə şöbəsi, sektor müdiri
- Monitorinq və qiymətləndirmə şöbəsi, baş məsləhətçi
- Monitorinq və qiymətləndirmə şöbəsi, aparıcı məsləhətçi
- Dövlət proqramları şöbəsi, şöbə müdiri
Namizədlər öz CV faylını ad və soyadla adlandırmaqla avqustun 26-na qədər vacancy@ereforms.gov.az elektron poçt ünvanına göndərə bilərlər.
Elektron məktubun mövzu hissəsində müraciətin məqsədinin (vakansiyanın adı) qeyd edilməsi xahiş olunur. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.