"ICE Futures Europe": Dünyada yaşıl istiqamətlər üzrə investisiya qoyuluşu mexanizmləri qurulmalıdır

"ICE Futures Europe": Dünyada yaşıl istiqamətlər üzrə investisiya qoyuluşu mexanizmləri qurulmalıdır Dünyada yaşıl istiqamətlər üzrə investisiya qoyuluşu, karbon kreditləşməsi və bərpa olunan enerji sertifikatları ilə bağlı müəyyən mexanizmlər qurulmalıdır.
Biznes
3 Oktyabr , 2024 18:37
ICE Futures Europe: Dünyada yaşıl istiqamətlər üzrə investisiya qoyuluşu mexanizmləri qurulmalıdır

Dünyada yaşıl istiqamətlər üzrə investisiya qoyuluşu, karbon kreditləşməsi və bərpa olunan enerji sertifikatları ilə bağlı müəyyən mexanizmlər qurulmalıdır.

Report" xəbər verir ki, bunu Böyük Britaniyanın paytaxtı Londonda yerləşən, dünyanın ən böyük enerji fyuçersləri və opsion birjasının ("ICE Futures Europe") nümayəndəsi George von Waldburg “Bakı İqlim Fəaliyyəti Həftəsi"nin 4-cü günündə bildirib.

Onun sözlərinə görə, dünyada ildə 40 milyard ton karbon emissiya edilir ki, bunun da 82 %-nə qiymət qoyulmur.

"Şirkətlər öhdəliklərdən kənardadır. Net sıfıra çatmaq, mədən yanacaqlarından uzaqlaşmaq və mühafizə işləri görmək üçün mütləq bunlara qiymət qoyulmalıdır. Belə demək olarsa təmiz yanacaq mənbələrinə investisiya qoymalıyıq", - qonaq əlavə edib.

Son xəbərlər

Orphus sistemi