İtaliya şirkətləri Azərbaycan iqtisadiyyatına 500 mln. dollardan çox investisiya qoyub - YENİLƏNİB
- 18 iyul, 2018
- 12:34
Yeniliklərdən dərhal xəbərdar olun!
İlk xəbər saat 16:12-də verilib
Bakı. 18 iyul. REPORT.AZ/ Bakıda Azərbaycan-İtaliya dəyirmi masaları açılıb.
"Report" xəbər verir ki, açılış mərasimində iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov iştirak edib.
O bildirib ki, son 2 gündə Azərbaycanla İtaliya arasında ikitərəfli əlaqələrin genişləndirilməsi üçün bir sıra tədbirlər keçirilib: "Bugünkü tədbir də bu istiqamətdə böyük addımdır".
Nazir müavininin sözlərinə görə, Azərbaycan İtaliya ilə iqtisadi əlaqələrin genişləndirilməsinə önəm verir: "İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ötən il ticarət dövriyyəmizin 20%-i və yaxud 4,7 mlrd. ABŞ dolları dəyərində hissəsi İtaliyanın payına düşüb. Bu ölkənin 100 şirkəti Azərbaycanda dövlət qeydiyyatından keçib və həm neft, həm də qeyri-neft sektorlarında fəaliyyət göstərərək ölkə iqtisadiyyatına 500 mln. dollardan çox investisiya qoyublar. Azərbaycan isə, öz növbəsində, İtaliyaya 140 mln. dollardan çox investisiya yatırıb. Cənub Qaz Dəhlizində İtaliyanın rolu çox önəmlidir".