​İtaliya şirkəti Azərbaycanı tərk edir

​İtaliya şirkəti Azərbaycanı tərk edir Təsisçinin ləğvetmə qərarı artıq qüvvəyə minib
Biznes
1250
21 Yanvar , 2016 15:07
​İtaliya şirkəti Azərbaycanı tərk edir

Bakı. 21 yanvar. REPORT.AZ/ "Maccaferri Azerbaijan" MMC ləğv olunduğunu elan edib. "Report"un Vergilər Nazirliyindən əldə etdiyi məlumata görə, təsisçinin ləğvetmə qərarı yanvarın 19-da verilib.

Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu Rəşid Behbudov küçəsi, ev 59, mənzil 63 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, "Maccaferri" şirkətinin əsası 1879-cu ildə İtaliyada qoyulub. "Maccaferri Azerbaijan" MMC-nin əsas işi mülki və ətraf mühitdə mühəndislik və müdəfiə işlərinin görülməsi, xüsusən də torpaq möhkəmləndirilməsi, drenaj sistemləri, sualtı boru kəmərinin qorunması, tunelin bərkidilməsi, qaya-sürüşmədən mühafizə torlarını quraşdırma və texniki həllərin satışı və təchizatı sahəsində ixtisaslaşıb.

Son xəbərlər

Orphus sistemi