​İqtisadiyyat naziri Zərdabda üç rayonun vətəndaşları ilə görüşüb

​İqtisadiyyat naziri Zərdabda üç rayonun vətəndaşları ilə görüşüb Şahin Mustafayev vətəndaşların müraciətini dinləyib
Biznes
22 İyul , 2016 18:25
​İqtisadiyyat naziri Zərdabda üç rayonun vətəndaşları ilə görüşüb

Bakı. 22 iyul. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayev Zərdab şəhərində Ağcabədi, Zərdab və Ucar rayonlarından olan vətəndaşları ilə göğrüşüb.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən bildirir ki, nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda nazir vətəndaşların müraciətini dinləyib, bir sıra məsələlər yerindəcə həll edilib. Digər müraciətlərin qısa müddətdə araşdırılması və qanunvericiliyə uyğun həlli üçün Nazirliyin müvafiq struktur bölmələrinə konkret tapşırıqlar verilib.

Görüşdə vətəndaşlar tərəfindən qaldırılan, İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı vətəndaşlara ətraflı məlumat verilib, bu müraciətlərin icrası nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı qeyd edilib.

Vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin alınması, region üçün ənənəvi sahələrin inkişafı, müasir heyvandarlıq kompleksinin yaradılması, əkinçilikdə istifadə olunması üçün müasir aqreqat və texnologiyaların gətirilməsi, turizm, sosial və s. məsələlərlə bağlı müraciət ediblər. Bundan başqa, qəbula gələn sahibkarların təklifləri müzakirə edilib heyvandarlıq, quşçuluq, tərəvəzçilik, bağçılıq, zəfərançılıq, zeytunçuluq, bərk sortluq buğda və püstə istehsalı və s. sahələr üzrə müvafiq göstərişlər verilib.

Digər rayonlardan olan vətəndaşlar da Ş.Mustafayev tərəfindən qəbul edilib.

Son xəbərlər

Orphus sistemi