İqtisadiyyat naziri: “Sənaye parklarında və məhəllələrində birgə müəssisələrin yaradılması təşviq edilir”

İqtisadiyyat naziri: “Sənaye parklarında və məhəllələrində birgə müəssisələrin yaradılması təşviq edilir” Azərbaycanın hökuməti ölkədə, o cümlədən regionlarda digər ölkələrlə birgə müəssisələrin yaradılmasında maraqlıdır
Biznes
1 Dekabr , 2017 11:55
İqtisadiyyat naziri: “Sənaye parklarında və məhəllələrində birgə müəssisələrin yaradılması təşviq edilir”
Report

İstanbul. 1 dekabr. REPORT.AZ/ Azərbaycanın hökuməti ölkədə, o cümlədən regionlarda digər ölkələrlə birgə müəssisələrin yaradılmasında maraqlıdır.

Bunu İstanbulda (Türkiyə) Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin iqtisadiyyat nazirlərinin 7-ci iclasında itirak edən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev “Report”un Türkiyə bürosuna açıqlamasında deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum xüsusilə ölkədə yeni yaradılan sənaye parklarında və məhəllələrində birgə müəssisələrin yaradılmasını təşviq edir: “Regionların sosial iqtisadi inkişafı baxımından atılan addımlar, görülən işlər məhz bu istiqamətə yönəlib. Məsələn, Nefçala Sənayə Məhəlləsində İranla birgə avtomobil zavodunun inşasına başlanılıb və gələn ilin əvvəlində bu zavod istifadəyə veriləcək. Eyni zamanda bir neçə gün öncə Prezident İlham Əliyev Sabirabad şəhərində sənaye məhəlləsinin yaradılması ilə bağlı ilk addımı atdı və orada da biz birgə müəssisələrin yaradılmasını təşviq edəcəyik. Pirallahı qəsəbəsində dərman istehsalı üzrə artıq üç birgə müəsisə yaradılıb və o zavodların inşasına başlanılıb. Eyni zamanda Sumqayıt Kimya Sənaye Parkında bu istiqamətdə işlər aparılır”.

Nazir onu da bildirib ki, dövlət büdcəsindən sahibkarlara ixrac etdikləri qeyri-neft məhsullarının dəyərinin 3%-6%-i qədər təşviq verilməsi davam etdirilir və bu addım ixracı stimullaşdırır: “Bu dövlətin ciddi dəstəyidir və onun hesabına qeyri-neft ixrasında önəmli nəticələr əldə olunmaqdadır. Bu ilin 10 ayında qeyri-neft ixracı ötən ilini eyni dövrü ilə müqayisədə təxminən 30% çox olub və həmin 3-6%-lik ödəmələrin artımda böyük rolu var”. 

Son xəbərlər

Orphus sistemi