“Hyundai Motor”un satışları 39% azalıb

“Hyundai Motor”un satışları 39% azalıb Bu ilin may ayında Cənubi Koreyanın “Hyundai Motor” şirkətinin qlobal satışları ötən ilin eyni dövrü ilə müqayisədə 39% azalaraq 217 510 min ədədə düşüb.
Biznes
1 İyun , 2020 17:51
“Hyundai Motor”un satışları 39% azalıb

Bu ilin may ayında Cənubi Koreyanın “Hyundai Motor” şirkətinin qlobal satışları ötən ilin eyni dövrü ilə müqayisədə 39% azalaraq 217 510 min ədədə düşüb.

“Report” bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir. 

Məlumata görə, aprel ayı ilə müqayisədə isə nəqliyyat vasitələrinin satışından 30% və yaxud 49 817 min ədəd artım var.

İl ərzində ölkədaxili satışların “Grandeur”, “Elantra” və “GenesisG80” kimi yeni modellərin hesabına 5% artdığı, ölkə xarici satışların isə 50% azaldığı bildirilir. 

Cənubi Koreyanın Ticarət Nazirliyinin açıqlamasına görə isə, mayda yerli avtomobil istehsalçılarının ümumi satışları illik müqayisədə 54% azalıb.

Son xəbərlər

Orphus sistemi