Hindistan Azərbaycana ətir tədarükünü bərpa edib
- 25 may, 2022
- 06:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-mart aylarında Azərbaycan 7,158 milyon ABŞ dolları dəyərində 364,12 ton ətir və tualet suyu idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 42 %, kəmiyyət olaraq – 1,7 % çoxdur.
Hesabat dövründə Fransadan 3,277 milyon ABŞ dolları dəyərində 35,73 ton, İtaliyadan 774,28 min ABŞ dolları dəyərində 12,34 ton, Rusiyadan 595,55 min ABŞ dolları dəyərində 59,36 ton, Çindən 399,76 min ABŞ dolları dəyərində 143,89 ton, Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 345,32 min ABŞ dolları dəyərində 32,72 ton məhsul gətirilib.
Ötən ilin ilk 3 ayının göstəriciləri ilə müqayisədə Fransadan tədarük müvafiq olaraq 2 dəfə və 2,3 dəfə artıb, İtaliyadan – 2,4 dəfə və 3,1 dəfə artıb, Rusiyadan – 12,5 % və 33,2 % azalıb, Çindən – 35,3 % və 39 % artıb, Birləşmiş Ərəb Əmirliklərindən – 2,3 dəfə və 2,9 dəfə artıb.
Bir il 3 aylıq fasilənin ardından Hindistandan tədarük bərpa edilib. Bu ölkədən 53,52 min ABŞ dolları dəyərində 14,5 ton ətir alınıb.