Azərbaycan hökuməti ənənəvi sahələrdən kənara çıxan sektorların dəstəklənməsinin vacibliyini nəzərə alaraq iqtisadiyyatının şaxələndirilməsi istiqamətində mühüm addımlar atıb.
Bunu “Report”a açıqlamasında Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının (ITFC) baş icraçı direktoru Hani Salem Sonbol deyib.
O bildirib ki, böyük inkişaf potensialına malik sektorlar arasında kənd təsərrüfatı əsas namizəd kimi önə çıxır: “Bu sektor təkcə sabit inkişaf edən iqtisadiyyatın təmin edilməsində deyil, həm də qlobal səviyyədə rəqabət qabiliyyətinin yüksəldilməsində vacib rol oynayır. Kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin daha da artırılmasına, yeni bazarların və ixrac istiqamətlərinin yaranmasına imkan verəcək. Bu təkmilləşdirmələrə məhsuldarlığı və təchizat potensialını artırmaq üçün təchizat zəncirinin modernləşdirilməsi və genişləndirilməsi daxildir”.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.