Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 4 ayda 400 milyon ABŞ dollarını ötüb

Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 4 ayda 400 milyon ABŞ dollarını ötüb Bu ilin yanvar-aprel aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 400,795 milyon ABŞ dolları təşkil edib.
Biznes
20 May , 2024 16:06
Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 4 ayda 400 milyon ABŞ dollarını ötüb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 400,795 milyon ABŞ dolları təşkil edib.

“Report” bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 20,8 % azdır.

Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində Azərbaycanın payı 6,1 % təşkil edib.

Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri 1 il əvvələ nisbətən 26,7 % azalaraq 191,95 milyon ABŞ dolları (ümumi ixracın 10,9 %-i), Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 14,5 % azalaraq 208,845 milyon ABŞ dolları (ümumi idxalın 4,4 %-i) olub.

Yanvar-aprel aylarında Gürcüstanın ümumi xarici ticarət dövriyyəsinin dəyəri illik müqayisədə 2,7 % azalaraq 6 milyard 563,432 milyon ABŞ dollarına düşüb. O cümlədən, ixracın dəyəri 10,1 % azalaraq 1 milyard 763,188 milyon ABŞ dollarına, idxalın dəyəri isə 0,3 % artaraq 4 milyard 800,244 milyon ABŞ dollarına enib.

Son xəbərlər

Orphus sistemi