Gürcüstanın Azərbaycandan pambıq idxalının dəyəri 8 dəfədən çox artıb

Biznes
  • 22 iyun, 2024
  • 05:50
Gürcüstanın Azərbaycandan pambıq idxalının dəyəri 8 dəfədən çox artıb

Bu ilin yanvar-may aylarında Gürcüstan Azərbaycandan 126 min ABŞ dolları dəyərində pambıq idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 dəfə çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstana pambıq tədarük edən ölkələr sırasında 4-cü yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 2,16 milyon ABŞ dolları dəyərində pambıq alıb ki, bu da bir il əvvəlki göstəricidən 6 % azdır.

Bu ilin ilk 5 ayında Gürcüstan Türkiyədən 1,39 milyon ABŞ dolları dəyərində, Çindən 283 min ABŞ dolları dəyərində, Bolqarıstandan 162 min ABŞ dolları dəyərində, İtaliyadan 76,3 min ABŞ dolları dəyərində məhsul idxal edib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 6,51 milyon ABŞ dolları dəyərində pambıq alıb ki, bunun da 693 min ABŞ dolları Azərbaycanın payına düşüb.

44 filmi