Gürcüstanın Azərbaycandan pambıq idxalına çəkdiyi xərci 18 dəfə artıb
- 20 iyul, 2024
- 11:25
Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 251 min ABŞ dolları dəyərində pambıq idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18 dəfə çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstana pambıq tədarük edən ölkələr sırasında 4-cü yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 2,7 milyon ABŞ dolları dəyərində pambıq alıb ki, bu da bir il əvvəlki göstəricidən 13 % azdır.
Bu ilin ilk 6 ayında Gürcüstan Türkiyədən 1,63 milyon ABŞ dolları dəyərində, Çindən 312 min ABŞ dolları dəyərində, Bolqarıstandan 256 min ABŞ dolları dəyərində, İtaliyadan 81,5 min ABŞ dolları dəyərində məhsul idxal edib.
Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 6,51 milyon ABŞ dolları dəyərində pambıq alıb ki, bunun da 693 min ABŞ dolları Azərbaycanın payına düşüb.