Gürcüstanın Azərbaycandan alüminium idxalının dəyəri 2 dəfədən çox artıb

Biznes
  • 22 iyun, 2024
  • 13:06
Gürcüstanın Azərbaycandan alüminium idxalının dəyəri 2 dəfədən çox artıb

Bu ilin yanvar-may aylarında Gürcüstan Azərbaycandan 403 min ABŞ dolları dəyərində alüminium və alüminium məmulatlar idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 2,3 dəfə çoxdur.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 55 milyon ABŞ dolları dəyərində alüminium və alüminium məmulatlar alıb ki, bu da bir il əvvəlki göstəricidən 8 % çoxdur.

Bu ilin ilk 5 ayı ərzində Gürcüstan Türkiyədən 34 milyon ABŞ dolları, Çindən 4,6 milyon ABŞ dolları, Rusiyadan 4,1 milyon ABŞ dolları, İtaliyadan 3,31 milyon ABŞ dolları, Ukraynadan 1,31 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 139 milyon ABŞ dolları dəyərində alüminium və alüminium məmulatlar alıb ki, bunun da 739 min ABŞ dolları Azərbaycanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti