Gürcüstanın Azərbaycandan alüminium alışına çəkdiyi xərc 3 dəfə artıb

Biznes
  • 20 sentyabr, 2024
  • 13:12
Gürcüstanın Azərbaycandan alüminium alışına çəkdiyi xərc 3 dəfə artıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 883,6 min ABŞ dolları dəyərində alüminium və alüminium məmulatlar idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 3 dəfə çoxdur.

Təkcə avqust ayında Gürcüstan Azərbaycandan 141,2 min ABŞ dolları dəyərində alüminium və alüminium məmulatlar alıb. Bu, bir əvvələ nisbətən 6 dəfə çoxdur.

Bu ilin ilk 8 ayı ərzində Gürcüstan xarici ölkələrdən 96 milyon ABŞ dolları dəyərində alüminium və alüminium məmulatlar alıb ki, bu da bir il əvvəlki göstəricidən 8 % çoxdur. O cümlədən Gürcüstan Türkiyədən 59 milyon ABŞ dolları, Çindən 8,3 milyon ABŞ dolları, Rusiyadan 8 milyon ABŞ dolları, İtaliyadan 4,8 milyon ABŞ dolları, Ukraynadan 2,25 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 139 milyon ABŞ dolları dəyərində alüminium və alüminium məmulatlar alıb ki, bunun da 739 min ABŞ dolları Azərbaycanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti