Gürcüstanda işsizlik səviyyəsi 20 %-i keçib  

Biznes
  • 18 may, 2022
  • 07:13
Gürcüstanda işsizlik səviyyəsi 20 %-i keçib  

2021-ci ildə Gürcüstanda işsizlik səviyyəsi 20,6 % təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, bu, 2020-ci ilə nisbətdə 2,1 % çoxdur.

Hesabat ilində şəhərlərdə işsizlik səviyyəsi 22,2 % (+1,9 %), kənd yerlərində isə 18,2 %-ə (+2,4 %) bərabər olub.

Kişilər arasında bu göstərici illik müqayisədə 2,5 % artaraq 22,7 %, qadınlar arasında isə 1,6 % artaraq 17,8 %-ə yüksəlib.

44 - Tezliklə