Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsi azalıb

Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsi azalıb Bu ilin yanvar-aprel aylarında Gürcüstanın Azərbaycan ticarət dövriyyəsinin dəyəri 335,6 milyon ABŞ dollarına bərabər olub
Biznes
19 May , 2021 11:09
Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsi azalıb

Bu ilin yanvar-aprel aylarında Gürcüstanın Azərbaycan ticarət dövriyyəsinin dəyəri 335,6 milyon ABŞ dollarına bərabər olub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Məlumata görə, bu, illik müqayisədə 8,5 % azdır.

İlk dörd ayda Azərbaycan Gürcüstanın ümumi ticarət dövriyyəsində 8,5 % payla qonşu ölkənin əsas ticarət tərəfdaşları arasında Türkiyə, Rusiya və Çindən sonra IV yeri tutub.

Yanvar-apreldə Gürcüstandan Azərbaycana 152,2 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub ki, bu da ötən ilin eyni göstəricisindən 2,6 % çoxdur. Gürcüstanın ümumi ixracında 12,7 % paya sahib olan Azərbaycan qonşu ölkənin əsas ixrac tərəfdaşları arasında Çin və Rusiyadan sonra III yerdə qərarlaşıb.

Hesabat dövründə qonşu ölkənin Azərbaycandan idxalı isə 9,1 % azalaraq 183,4 milyon ABŞ dollarına bərabər olub. Gürcüstanın ümumi idxalında Azərbaycan 6,7 % payla qonşu ölkənin Türkiyə, Rusiya və Çindən sonra IV əsas idxal tərəfdaşı olub.

Son xəbərlər

Orphus sistemi