Gürcüstan və Azərbaycan arasında birgə rəqəmsal gömrük platforması yaradılır

Gürcüstan və Azərbaycan arasında birgə rəqəmsal gömrük platforması yaradılır Asiya İnkişaf Bankının dəstəyi ilə Gürcüstan və Azərbaycan arasında birgə gömrük nəzarət-buraxılış məntəqəsinin yaradılması layihəsi həyata keçirilir
Biznes
111
4 May , 2021 17:02
Gürcüstan və Azərbaycan arasında birgə rəqəmsal gömrük platforması yaradılır

“Asiya İnkişaf Bankının dəstəyi ilə Gürcüstan və Azərbaycan arasında birgə gömrük nəzarət-buraxılış məntəqəsinin yaradılması layihəsi həyata keçirilir”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı üzrə keçirilən yüksək səviyyəli onlayn görüşdə bildirib.

Nazirin sözlərinə görə, bu layihə önəmli olmaqla yanaşı, həm də innovativ ideyadır: “Bu layihə yalnız infrastrukturun inşasını nəzərdə tutmur. Layihə çərçivəsində iki ölkənin informasiya sistemlərini birləşdirən rəqəmsal platforma yaradılacaq. Biz əminik ki, bu, sərhəddən keçid prosesini əhəmiyyətli dərəcədə asanlaşdıracaq və həmçinin CAREC dəhlizi üçün yaxşı model olacaq”.

Son xəbərlər

Orphus sistemi