Gürcüstan şirkətləri Aİ-nin dövlət satınalmalarında iştirak edəcək

Gürcüstan şirkətləri Aİ-nin dövlət satınalmalarında iştirak edəcək Gürcüstanda qeydiyyata alınmış şirkətlər Avropa İttifaqına (Aİ) üzv 27 ölkədə dövlət satınalmalarında iştirak imkanı əldə edib.
Biznes
26 İyul , 2022 12:38
Gürcüstan şirkətləri Aİ-nin dövlət satınalmalarında iştirak edəcək

Gürcüstanda qeydiyyata alınmış şirkətlər Avropa İttifaqına (Aİ) üzv 27 ölkədə dövlət satınalmalarında iştirak imkanı əldə edib.

“Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı qərar Gürcüstan-Aİ Assosiasiya Şurasında qəbul olunub.

Aİ ölkələrində elan olunacaq tenderlərdə iştirak Gürcüstanla Aİ arasındakı ticarət sazişində nəzərdə tutulub. Bu vaxta qədər Gürcüstanın dövlət satınalmalarında iştirak hüququ ilə bağlı məhdudiyyətləri olub.

Gürcüstanın Dövlət Satınalmaları üzrə Agentliyinin məlumatına əsasən, Aİ üzrə hər il 250 minə yaxın dövlət subyekti, təqribən, 2 trilyon avro məbləğində məhsul və xidmət alır. Ən iri tədarükçülər Almaniya, Fransa, İtaliya, Niderland və İspaniyadır.

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili bildirib ki, qərar ölkədə fəaliyyət göstərən şirkətlər üçün yeni stimul olacaq: “Bu, eyni zamanda Gürcüstanın Avropanın iqtisadi məkanına inteqrasiyası baxımından irəli atılmış mühüm addımdır”.

Son xəbərlər

Orphus sistemi