Gürcüstan ötən ay Azərbaycana rekord dəyərdə avtomobil ehtiyat hissələri satıb

Biznes
  • 21 fevral, 2024
  • 06:52
Gürcüstan ötən ay Azərbaycana rekord dəyərdə avtomobil ehtiyat hissələri satıb

Bu ilin yanvar ayında Gürcüstan Azərbaycana 252 min ABŞ dolları dəyərində 7,81 ton avtomobillər üçün ehtiyat hissələri və aksesuar ixrac edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, dəyər ifadəsində ən azından son 15 ildə yanvar ayı üçün ən yüksək göstəricidir.

Beləliklə Azərbaycan Gürcüstanın sözügedən məhsulları ixrac etdiyi ölkələr sırasında 1-ci yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 1 milyon ABŞ dolları dəyərində 48 ton avtomobil aksesuarı və ehtiyat hissələri satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 8 % çox və 26 % azdır.

Ötən ay Gürcüstan Cənubi Koreyaya 244 min ABŞ dolları dəyərində 4 ton, Birləşmiş Ərəb Əmirliklərinə 184 min ABŞ dolları dəyərində 14,5 ton, Ermənistana 155 min ABŞ dolları dəyərində 17,2 ton, Polşaya 84,5 min ABŞ dolları dəyərində 1,5 ton tədarük həyata keçirib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan 13,8 milyon ABŞ dolları dəyərində 802 ton avtomobil aksesuarı və ehtiyat hissələri ixrac edib ki, bunun da 3,2 milyon ABŞ dolları dəyərində 135 tonu Azərbaycanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti