Gürcüstan Azərbaycandan badımcan alışını bərpa edib

Biznes
  • 30 avqust, 2022
  • 09:34
Gürcüstan Azərbaycandan badımcan alışını bərpa edib

Bu ilin I yarısında Azərbaycana 3,3 milyon ABŞ dolları dəyərində 6 min 556 ton badımcan idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 9,4 %, kəmiyyət olaraq – 9,3 % çoxdur.

İrandan 3,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 14 % artıb) 6 min 432 ton (+13,6 %) və Türkiyədən 64 min ABŞ dolları dəyərində (-62 %) 124,4 ton (-63 %) məhsul alınıb.

Hesabat dövründə Azərbaycandan xaricə 49 min ABŞ dolları dəyərində 76,5 ton badımcan göndərilib ki, bu da əvvəlki ilin eyni dövrünün göstəricilərindən müvafiq olaraq 75 % və 53 % azdır.

Rusiyaya 33 min ABŞ dolları dəyərində (-83 %) 26,3 ton (-83,3 %) və Gürcüstana 15 min ABŞ dolları dəyərində 50,3 ton məhsul satılıb.

Bir il 10 aylıq fasilənin ardından Gürcüstana tədarük bərpa edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti