Gürcüstan Azərbaycana qarğıdalı tədarükünü bərpa edib
- 27 aprel, 2022
- 10:03
Bu ilin yanvar-fevral aylarında Azərbaycan xaricdən 5,44 milyon ABŞ dolları dəyərində 18 min 615 ton qarğıdalı (o cümlədən toxumluq) alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 71,3 %, kəmiyyət olaraq – 73 % artıb.
Rusiyadan 4,47 milyon ABŞ dolları dəyərində 18 min 21 ton, Serbiyadan 499 min ABŞ dolları dəyərində 114 ton, Türkiyədən 342 min ABŞ dolları dəyərində 242 ton, Rumıniyadan 105 min ABŞ dolları dəyərində 30 ton, İtaliyadan 11,3 min ABŞ dolları dəyərində 2,5 ton, Gürcüstandan 6 min ABŞ dolları dəyərində 23 ton və Argentinadan 0,18 min ABŞ dolları dəyərində 0,2 ton məhsul gətirlib.
2021-ci ilin ilk iki ayının göstəriciləri ilə müqayisədə Rusiyadan idxal müvafiq olaraq 98 % və 74,3 % artıb, Serbiyadan – 2,2 dəfə və 70,1 % artıb, Türkiyədən – 44,2 % azalıb və 70,4 % artıb, Argentinadan – 99,7 % və 99,8 % azalıb. Ötən ilin yanvar-fevral aylarında Rumıniya və İtaliyadan qarğıdalı alınmayıb. Altı il 9 aylıq fasilənin ardından Gürcüstandan tədarük bərpa edilib.