Gürcüstan Azərbaycana cücə ixracını 18 dəfə artırıb
- 26 avqust, 2022
- 06:37
Bu ilin I yarısında Azərbaycana xaricdən 6,5 milyon ABŞ dolları dəyərində 13 milyon 10 min ədəd çəkisi 185 qramdan artıq olmayan diri ev toyuğu (cücə) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,2 dəfə, kəmiyyət olaraq – 2,8 dəfə çoxdur.
Hesabat dövründə Türkiyədən 2,65 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 2,1 dəfə artıb) 8 milyon 825 min ədəd (+2,2 dəfə), Rusiyadan 1,9 milyon ABŞ dolları dəyərində (+2,3 dəfə) 476 min ədəd (+63,2 %), Gürcüstandan 1,9 milyon ABŞ dolları dəyərində (+32 dəfə) 3 milyon 693 min ədəd (+18 dəfə), Amerika Birləşmiş Ştatlarından 98 min ABŞ dolları dəyərində 16 min ədəd (bir il əvvəl tədarük olmayıb) və Portuqaliyadan 4 min ABŞ dolları dəyərində (-96 %) 0,6 min ədəd (-95,3 %) cücə alınıb.
Ötən il ölkəyə gətirilmiş 13 milyon 83 min ədəd cücənin 85,2 %-i Türkiyənin payına düşüb.