Gömrükçülər aztəminatlı ailələrə yardım ediblər

Gömrükçülər aztəminatlı ailələrə yardım ediblər Ölkəmizdə koronavirus (Covid-19) infeksiyası ilə mübarizədə ilk gündən etibarən ön sıralarda yer alan gömrükçülər həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlərin uğurla reallaşdırılması üçün bütün səylərini səfərbər edib.
Biznes
13 Aprel , 2020 12:04
Gömrükçülər aztəminatlı ailələrə yardım ediblər

Ölkəmizdə koronavirus (Covid-19) infeksiyası ilə mübarizədə ilk gündən etibarən ön sıralarda yer alan gömrükçülər həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlərin uğurla reallaşdırılması üçün bütün səylərini səfərbər edib.

"Report" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, Komitənin mərkəzi aparatı da bu məqsədlə aztəminatlı ailələrə və yaşı 65-dən yuxarı olan şəxslərə yardım aksiyasına növbəti töhfəsini verib.

Könüllü gömrükçülərin iştirakı ilə 70-dən çox ailəyə baş çəkilib, onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylanılıb, ailələrlə profilaktik söhbətlər aparılıb, onlara xüsusi karantin rejimi dövründə evdə qalmaları tövsiyə edilib.

Ailələr isə öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə komitənin kollektivinə minnətdarlıqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi