Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi qəbul olunub
Biznes
- 13 iyul, 2026
- 11:08
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Milli Məclisin bu gün keçirilən plenar iclasında Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi son oxunuşda qəbul olunub.
"Report" xəbər verir ki, yeni qanunla idxal olunan və barəsində texniki reqlamentlər və istinad edilmiş standartlar qəbul edilmiş mallara dair "Texniki tənzimləmə haqqında" Qanuna əsasən tərtib edilən uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və tanınmış xarici mənşəli uyğunluq sənədləri gömrük orqanlarına təqdim edilməli və gömrük rəsmiləşdirilməsi zamanı yoxlanılmalıdır.
Bu tələblər idxal edilən mallara yalnız müvafiq texniki reqlamentlərin və istinad edilmiş standartların hər ikisinin birlikdə qüvvəyə minməsindən 2 il keçdikdən sonra şamil olunacaq.
Son xəbərlər
12:36
Foto
Qılıncoynatma üzrə gənclər arasında Azərbaycan birinciliyinə yekun vurulub
Fərdi
12:32
Foto
Azərbaycan və İtaliya kritik xammal sahəsində Anlaşma Memorandumu imzalayıb
Biznes
12:31
Sabah Azərbaycanda 20 dərəcə isti olacaq
Ekologiya
12:29
Cənubi Koreya kəşfiyyatının rəhbəri vəzifəsinə ilk dəfə qadın təyin olunub
Digər ölkələr
12:28
İtaliya Azərbaycana dəmir yollarının inkişafı üçün texnologiyalar təklif edə bilər
İnfrastruktur
12:27
Bəzi yerlərdə yağış intensivləşib, qar yağıb - Faktiki hava
Ekologiya
12:24
Bakı 2030-cu ildə Ümumdünya Tekstil Konqresinə ev sahibliyi edəcək
Biznes
12:22
Matteo Zoppas: "Azərbaycanın İtaliyadan idxalını 560 milyon avroya çatdırmaq mümkündür"
Biznes
12:21
Foto
Zəngilanda 86 vətəndaş stomatoloji müayinədən keçirilib
Sağlamlıq