Bakıda “Gənclərin Sahibkarlıq Fəaliyyətinə Dəstək” layihəsinə yekun vurulub

Bakıda “Gənclərin Sahibkarlıq Fəaliyyətinə Dəstək” layihəsinə yekun vurulub Tədbir zamanı 2018-2021-ci illərdə icra edilmiş layihənin nəticələri ictimaiyyətə təqdim edilib
Biznes
23 İyun , 2021 13:29
Bakıda “Gənclərin Sahibkarlıq Fəaliyyətinə Dəstək” layihəsinə yekun vurulub

İyunun 23-də Avropa İttifaqı və PAŞA Bankın qismən maliyyələşdirdiyi, Azərbaycan Gənclərinin Naliyyəti İctimai Birliyinin (Junior Achievement Azerbaijan) həyata keçirdiyi “Gənclərin Sahibkarlıq Fəaliyyətinə Dəstək” layihəsinin bağlanış konfransı keçirilib.

Report” xəbər verir ki, konfransda bir sıra dövlət, ictimai, özəl sektorun və səfirliklərin nümayəndələri ilə yanaşı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbəri Həsən Həsənli və Avropa İttifaqı nümayəndəliyinin Əməkdaşlıq Bölməsinin rəhbəri Simona Qatti də iştirak edib.

Tədbir zamanı 2018-2021-ci illərdə icra edilmiş layihənin nəticələri ictimaiyyətə təqdim edilib. Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) və “Junior Achievement Estonia” ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə tələbələrin maliyyə savadlılığının və sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsinə yönəlib. Layihə Bakı, Gəncə, Qax, Mingəcevir, Xaçmaz, Masallı, Qəbələ və Zaqataladakı peşə və orta məktəblərdə təhsil alan 4909 nəfər şagirdi və 170 müəllimi əhatə edib.

Layihə çərçivəsində maliyyə savadlılığı üzrə 2 və sahibkarlıq üzrə 3 əsas təlim-tədris resursları hazırlanıb, 170 müəllim üçün hər iki istiqamət üzrə təlimlər təşkil edilib və 100 müəllim təlimçi olaraq akkreditasiya edilib. Hazırlanmış təlim-tədris resursları əsasında 48 orta və 4 peşə məktəbində dərsdən kənar məşğələ formatında maliyyə savadlılığının və sahibkarlığın əsasları şagirdlərə tədris edilib.

Giriş nitqi ilə çıxış edən “Junior Achievement” proqramının rəhbəri Bəxtiyar Axundov müasir dünyada maliyyə savadlılığının vacibliyi haqqında danışıb və gənclərin inkişafına verdikləri töhfəyə görə investorlara minnətdarlığını bildirib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Əməkdaşlıq Bölməsinin rəhbəri Simona Qatti, öz növbəsində, “Avropa İttifaqının insan resursları, rəqəmsal texnologiyalar və iqtisadiyyatın şaxələndirilməsi məsələlərində Azərbaycana dəstək verməyə davam etdiyini” vurğulayıb. “Müəllimlərlə sıx fəaliyyət göstərmişik, çünki müəllimlərin hazırlanması layihənin vacib hissəsidir”, - deyə o bildirib.

“Təlim keçmiş 3000 gənc gələcək üçün ən azı 3000 nəfər uğurlu və maliyyə savadlılığına malik şəxs deməkdir. Bu istiqamətdə oxşar layihələrə investisiya yatırmaqda davam edəcəyik. Çünki sahibkarlıq iqtisadiyyatın onurğa sütunudur, təhsil və təlim isə insanın həyatında böyük rola malikdir”, - "Pasha Bank" ın İdarə Heyətinin üzvü Xəyalə Nağıyeva deyib.

Son xəbərlər

Orphus sistemi