Fransa və İsveç Azərbaycana araq ixracını kəskin artırıb

Biznes
  • 14 iyul, 2022
  • 07:51
Fransa və İsveç Azərbaycana araq ixracını kəskin artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 1,6 milyon ABŞ dolları dəyərində 17,3 min dekalitr araq idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 9,4 %, kəmiyyət olaraq – 6,2 % azdır.

Hesabat dövründə Rusiyadan 802 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 6 % artıb) 8 min dekalitr (+32 %), Belarusdan 267 min ABŞ dolları dəyərində (-25,5 %) 5 min dekalitr (-20 %), Ukraynadan 135 min ABŞ dolları dəyərində (-26 %) 2 min dekalitr (-35,4 %), Fransadan 107 min ABŞ dolları dəyərində (+2,7 dəfə) 0,2 min dekalitr (+66,7 %), İsveçdən 104 min ABŞ dolları dəyərində (+24 %) 1 min dekalitr (+65,8 %) məhsul gətirilib.

Ötən il Azərbaycanın idxal etdiyi (24 ölkədən) 74 min dekalitr arağın 34,6 %-i Rusiyanın, 28,7 %-i Belarusun, 18 %-i Ukraynanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti