Fransa Azərbaycana pivə ixracını bərpa edib

Biznes
  • 16 iyun, 2022
  • 11:31
Fransa Azərbaycana pivə ixracını bərpa edib

Bu ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 615,07 min ABŞ dolları dəyərində 48,23 min dekalitr səməni pivəsi gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,7 %, kəmiyyət olaraq – 21,2 % azdır.

Hesabat dövründə Türkiyədən 163,56 min ABŞ dolları dəyərində 11,89 min dekalitr, Almaniyadan 158,35 min ABŞ dolları dəyərində 9,21 min dekalitr, Rusiyadan 117,31 min ABŞ dolları dəyərində 13,11 min dekalitr, Belçikadan 72,76 min ABŞ dolları dəyərində 4,77 min dekalitr, Belarusdan 36,2 min ABŞ dolları dəyərində 4,43 min dekalitr pivə alınıb.

Bir il əvvəlki göstəricilərlə müqayisədə Türkiyədən idxal müvafiq olaraq 17,3 % artıb və 1,3 % azalıb, Almaniyadan – 2,1 dəfə və 2,1 dəfə artıb, Rusiyadan – 50,8 % və 53,8 % azalıb, Belçikadan – 31 % və 48,1 % artıb, Belarusdan – 30,6 % və 37,2 % artıb.

Dörd il 1 aylıq fasilənin ardından Fransadan tədarük bərpa edilib. Bu ölkədən 0,1 min ABŞ dolları dəyərində 0,01 min dekalitr məhsul idxal edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti