Əqli Mülkiyyət Agentliyi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin birgə fəaliyyətinə dair 2024-cü ilədək tədbirlər planının layihəsi artıq hazırdı və bu yaxınlarda imzalanması gözlənilir.
"Report" xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin idarə heyətinin sədr müavini Sənan Tapdıqov "Heydər Əliyevin rəqabətə davamlı iqtisadiyyatın formalaşdırılmasında rolu" mövzusunda elmi konfransda deyib.
O, qeyd edib ki, bu tədbirlər planında da vətəndaşların hüquqlarının bərpası, bazarda baş verən rəqabət məsələlərinə operativ reaksiyaların verilməsi nəzərdə tutulub.
"Bu günə qədər Agentliyə daxil olmuş vətəndaş şikayətləri üzrə 55-dən çox peşəkar rəy hazırlanıb və Dövlət Xidmətinə təqdim edilib. Bu rəylər əsasında başlanılan işlər üzrə iclaslarda biz də iştirak etmişik və vətəndaşların hüquqları bərpa olunub", - deyə S.Tapdıqov əlavə edib.