Engelberger: “İki illik fasilədən sonra Azərbaycanda sərgiyə qayıtmaqdan məmnunuq”

Engelberger: “İki illik fasilədən sonra Azərbaycanda sərgiyə qayıtmaqdan məmnunuq” "Almaniya maşın istehsalçıları assosiasiyası (Verband Deutscher Maschinen- und Anlagenbau - VDMA) iki illik fasilədən sonra Azərbaycanda keçirilən neft-qaz sərgisinə qayıtmaqdan məmnumdur".
Biznes
1 İyun , 2022 17:49
Engelberger: “İki illik fasilədən sonra Azərbaycanda sərgiyə qayıtmaqdan məmnunuq”

"Almaniya maşın istehsalçıları assosiasiyası (Verband Deutscher Maschinen- und Anlagenbau - VDMA) iki illik fasilədən sonra Azərbaycanda keçirilən neft-qaz sərgisinə qayıtmaqdan məmnumdur".

Bunu “Report”a VDMA-nın nümayəndəsi Olaf Engelberger bildirib.

“Koronavirus pandemiyasının səbəb olduğu iki illik fasilədən sonra Bakıya qayıtmaqdan və burada keçirilən sərgidə iştirak etməkdən məmnunuq. Sərgi çox gözəl keçir”, - Engelberger deyib.

Onun sözlərinə görə, assosiasiyaya üzv şirkətlərin istehsal etdiyi texnikadan neft-qaz sektorunda da istifadə edilir. VDMA-ya daxil olan 3500-dək şirkətin bir milyondan çox işçisi var.

Xatırladaq ki, bu gün Bakı Enerji Həftəsi işə başlayıb. Enerji sənayesində cari meyilləri nəzərə alaraq, Bakı Enerji Həftəsi 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji sərgilərini və Bakı Enerji Forumunu əhatə edir.

Sərgilərdə və forumda 30 müxtəlif ölkəni təmsil edən 249 şirkət iştirak edir.

Son xəbərlər

Orphus sistemi