Elnur Əliyev: "4 günlük iş rejiminə keçid araşdırmalı mövzudur"

Elnur Əliyev: "4 günlük iş rejiminə keçid araşdırmalı mövzudur" "Bəzi Avropa ölkələri 4 günlük iş rejiminə keçib, lakin bu, araşdırmalı mövzudur".
Biznes
21 İyun , 2023 11:57
Elnur Əliyev: 4 günlük iş rejiminə keçid araşdırmalı mövzudur
Elnur Əliyev

"Bəzi Avropa ölkələri 4 günlük iş rejiminə keçib, lakin bu, araşdırmalı mövzudur".

“Report” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev “Gələcəyə qayıdış” devizi ilə keçirilən İnsan Resursları Zirvəsində deyib.

"4 günlük iş rejiminin tətbiqi ilə bağlı səslənən və real niyyət fərqlidir. Səslənən niyyət insanların asudə vaxtının çox olmasıdırsa, real və alt niyyət sahibkarların maliyyə vəsaitlərinə qənaət etməsidir. Yəni, bu məsələ ikitərəflidir. Bəzi ölkələr bunu pilot layihə olaraq həyata keçirir. 4 günlük iş rejimi araşdırmalıdır. Bu məsələni təkcə İqtisadiyyat Nazirliyi həll edə bilməz. Üstəlik, bu məsələ ölkədən ölkəyə fərqlənə bilər", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi