Əli Əhmədov: "Qarşıdakı 7 ildə DİM-in icrası ilə bağlı çox ciddi işlər görülməlidir"

Əli Əhmədov: "Qarşıdakı 7 ildə DİM-in icrası ilə bağlı çox ciddi işlər görülməlidir" Qarşıdakı 7 ildə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası sahəsində çox ciddi işlər görülməlidir.
Biznes
15 Noyabr , 2023 11:04
Əli Əhmədov: Qarşıdakı 7 ildə DİM-in icrası ilə bağlı çox ciddi işlər görülməlidir

Qarşıdakı 7 ildə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası sahəsində çox ciddi işlər görülməlidir.

“Report” xəbər verir ki, bunu Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Bakıda keçirilən “Dayanıqlı maliyyə və investisiya” mövzusunda II Bakı Forumunda DİM-in icrasının perspektivlərini şərh edərkən deyib.

"Bu qlobal layihənin qəbulundan artıq 7 ildən artıq vaxt keçib. Onun həyata keçirilməsi üçün 2030-cu ilə kimi vaxt ayrılıb. Yəni artıq vaxtın yarıdan çoxu keçib, lakin ötən dövr ərzində DİM-in həyata keçirilməsi istiqamətində dünya miqyasında əldə olunmuş nəticələr o qədər də böyük deyil. Bir çox məqsədlər ciddi şəkildə icra olunmayıb. Bir neçə il öncə dünyanı tənəzzülə salan koronavirus (COVID-19) pandemiyası, ondan sonrakı iqtisadi təlatümlər, hazırda cərəyan edən toqquşmalar, münaqişələr, Yaxın Şərqdə cərəyan edənlər, DİM-in həyata keçirilməsi qarşısında dayanan əngəllərdir", - Ə. Əhmədov bildirib.

Çıxan nəticələri əsas gətirərək Baş nazirin müavini vurğulayıb ki, ölkələr 2030-cu ilə qədər daha böyük səylər göstərməlidirlər ki, BMT-nin bu qlobal layihəsinin həyata keçirilməsi uğurla təmin olunsun.

Son xəbərlər

Orphus sistemi