Elçin Zeynalov: "Xarici şirkətlər müstəqil olaraq öz məhsullarını Azərbaycan fermerlərinə təklif edə bilər"

Elçin Zeynalov: "Xarici şirkətlər müstəqil olaraq öz məhsullarını Azərbaycan fermerlərinə təklif edə bilər" Hazırda xarici şirkətlər heç bir bürokratik prosedur olmadan müstəqil olaraq öz məhsullarını Azərbaycan fermerlərinə təklif edə və dövlətin güzəştlərindən yararlana billər.
Biznes
28 Fevral , 2023 12:19
Elçin Zeynalov: Xarici şirkətlər müstəqil olaraq öz məhsullarını Azərbaycan fermerlərinə təklif edə bilər

Hazırda xarici şirkətlər heç bir bürokratik prosedur olmadan müstəqil olaraq öz məhsullarını Azərbaycan fermerlərinə təklif edə və dövlətin güzəştlərindən yararlana bilər.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Azərbaycan Aqrobiznes Forumunda deyib.

"Biz aqrar biznes sektorunu dəstəkləmək üçün bazarımızı ədalətli rəqabətə açmışıq. İnnovativ metodlara əsaslanan elektron xidmətlər aqrotexniki xidmətlərin idarəçiliyində tamamilə şəffaflıq yaradacaq, zaman itkisinin qarşısını alacaq və fermerlərə operativ xidmət göstərməyə imkan verəcək", - nazir müavini deyib.

O, xatırladıb ki, ölkənin aqrar sektor fakitiki olaraq bütün növ vergilərdən azaddır, fermerlərə dəstək üçün müxtəlif növ subsidiya və kredit mexanizmləri mövcuddur.

Onun sözlərinə görə, hazırda Azərbaycanın azad olunmuş ərazilərində həyata keçirilən mühüm infrastruktur layihələri kənd təsərrüfatının inkişafına dəstək olacaq.

O vurğulayıb ki, aqrar emal müəssisələrinin inşası bölgədə kənd təsərrüfatının davamlı inkişafına əhəmiyyətli təsir göstərəcək.

E. Zeynalovun sözlərinə Azərbaycan, Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Ordumuzun işğal altında olan torpaqlarımızı azad etməsi bölgədə kənd təsərrüfatının bərpası və yenidən inkişaf etdirilməsi üçün imkanlar yaradıb: "Əkin dövriyyəsinə yeni ərazilərin daxil edilməsi məhsul istehsalını artırmış olacaq, bölgənin münbit torpaqları taxıl, tərəvəz və meyvə istehsalını artıracaq, heyvandarlığın inkişafına təkan verəcək".

O əlavə edib ki, əsas məqsəd mövcud torpaq və su resurslarından intensiv yanaşmalar tətbiq etməklə səmərəli istfadə etmək, aqrar sahə üzrə yeni ideyaları, startapları dəstəkləmək, ərzaq təhlükəsizliyini təmin etmək, kənd yerlərində yaşayan əhalinin aqrar sahədə məşğulluğunun artırılması yolu ilə sosial rifahının yaxşılaşması, ixrac potensialının artırılması, o cümlədən ixrac coğrafiyasının genişlənməsidir.

Son xəbərlər

Orphus sistemi