Ekspert: “Son 10 ilin sosial-iqtisadi uğurları dayanıqlı iqtisadiyyata zəmindir”

Ekspert: “Son 10 ilin sosial-iqtisadi uğurları dayanıqlı iqtisadiyyata zəmindir” “Son 10 ildə Azərbaycanın əldə etdiyi sosial-iqtisadi uğurlar növbəti mərhələdə müxtəlif sosial-iqtisadi təlatümlərə dayanıqlı iqtisadi modelin formalaşması üçün mühüm zəmin yaradıb”.
Biznes
27 İyul , 2021 17:15
Ekspert: “Son 10 ilin sosial-iqtisadi uğurları dayanıqlı iqtisadiyyata zəmindir”
Amal Həsənli

“Son 10 ildə Azərbaycanın əldə etdiyi sosial-iqtisadi uğurlar növbəti mərhələdə müxtəlif sosial-iqtisadi təlatümlərə dayanıqlı iqtisadi modelin formalaşması üçün mühüm zəmin yaradıb”.

Bunu “Report”a açıqlamasında iqtisadçı-ekspert Amal Həsənli deyib.

Onun sözlərinə görə, ölkəmizdə iqtisadi tərəqqinin təmin olunması istiqamətində reallaşdırılan sistemli islahatlar investisiya və biznes mühitin yaxşılaşdırılmasını təmin edən əsas faktorlardan biridir: “Son on ildə Azərbaycanda investisiya iqliminin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb və vacib qanunverici təşəbbüslər həyata keçirilib. İstər vergi-gömrük siyasətinin liberallaşdırılması, istərsə də investisiyaların qorunması istiqamətində həyata keçirilən tədbirlər ölkəyə yatırımları stimullaşdırıb. Bunun məntiqi nəticəsi olaraq ötən dövr ərzində milli iqtisadiyyata 211 milyard dollardan artıq vəsait cəlb edilib. Onların təxminən yarısı məhz xarici investisiyalardır. Digər diqqət çəkən məqam vəsaitlərin 130 milyard dollarından çoxunun məhz qeyri-neft sektoruna yönəldilməsidir. Bu isə ötən il neft bazarında cərəyan edən böhran fonunda daha da əhəmiyyətli olur. Belə ki, neft qiymətlərinin qısa müddətli də olsa hətta mənfi həddə düşməsi bizim üçün qeyri-neft iqtisadiyyatına keçidin alternativinin olmamasını bir daha göstərib”.

Ekspert bildirib ki, ölkə iqtisadiyyatını investisiyalar üçün cəlbedici etmək kompleks tədbirlər çərçivəsində aparılır: “Bura biznes mühitinin sağlamlaşdırılması, rəqabət qabiliyyətli mühitin formalaşdırılması, azad iqtisadi modelin digər elementlərinin tətbiq edilməsi daxildir. Hökumətin bu istiqamətdə atdığı addımlar ölkənin müxtəlif beynəlxalq reytinqlərdə layiqli yer tutmasını təmin edib. Belə ki, nüfuzlu “Doing Business” hesabatına görə bu gün Azərbaycan dünyanın 10 ən islahatçı ölkəsindən biridir. Son on ildə ölkəmiz “İqtisadi Azadlıq İndeksi”ndə 58 pillə irəliləməklə 178 ölkə arasında 38-ci olub. “Qlobal Rəqabətlilik İndeksi”ndə 141 ölkə arasında 58-ci yerdəyik. Bütün bunlar ötən onilliyi Azərbaycan iqtisadiyyatı üçün uğurlu xarakterizə edəcək mühüm məqamlardır”.

Son xəbərlər

Orphus sistemi