Əfqanıstan Azərbaycanın tranzit imkanlarından yararlanmaq niyyətindədir

Əfqanıstan Azərbaycanın tranzit imkanlarından yararlanmaq niyyətindədir Bakı. 19 yanvar. REPORT.AZ/ Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Azərbaycanda səfərdə olan Əfqanıstanın maliyyə nazirinin müavini Nəcibullah Vərdəkin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Biznes
19 Yanvar , 2018 18:53
Əfqanıstan Azərbaycanın tranzit imkanlarından yararlanmaq niyyətindədir

Bakı. 19 yanvar. REPORT.AZ/ Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Azərbaycanda səfərdə olan Əfqanıstanın maliyyə nazirinin müavini Nəcibullah Vərdəkin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Görüşdə Azərbaycan-Əfqanıstan əlaqələrinin hazırkı durumu, mövcud imkanlar və gələcək perspektivlər barəsində ətraflı fikir mübadiləsi aparılıb.

A.Əliyev iki ölkənin istər siyasi-iqtisadi, istərsə də mədəni sahələrdə əlaqələrindən söhbət açıb, əməkdaşlığın bundan sonra da davamlı olacağına əminliyini ifadə edib.

Kömitə sədri iki ölkənin gömrük xidmətləri arasında əlaqələrə toxunaraq 2013-cü ildə DGK-nın nümayəndə heyətinin Əfqanıstana səfərini xatırlayıb, keçirilən görüşlərin, müzakirə olunan məsələlərin əhəmiyyətindən danışıb, eləcə də Azərbaycan tərəfinin gömrük işi sahəsində istər informasiya texnologiyaları, qaçaqmalçılıqla mübarizə, istərsə də kadr potensialının gücləndirilməsi ilə bağlı və s. sahələrdə yardımını əfqanlı həmkarlarına bundan sonra da əsirgəməyəcəyini vurğulayıb.

Ölkəsinin Azərbaycanla əməkdaşlığa çox böyük önəm verdiyini bildirən N.Vərdək iki ölkə arasındakı münasibətlərin hazırkı durumundan, bu sahədə perspektivlərdən söhbət açıb, eləcə də Azərbaycan və Əfqanıstan gömrük xidmətləri arasında əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

N.Vərdək ölkələr arasında əməkdaşlığın, o cümlədən iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsində gömrük xidmətlərinin xüsusi yeri olduğunu qeyd edib, qarşılıqlı əlaqələrin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib.

Əfqanıstan Gömrük Xidmətinə göstərilən yardımlara görə təşəkkürünü də ifadə edən qonaq Əfqanıstan tərəfinin Azərbaycan gömrüyündə həyata keçirilən yeniliklərdən faydalanmaq və tətbiq etmək, eləcə də kadr potensialının gücləndirilməsi işində azərbaycanlı gömrük mütəxəssislərinin köməyindən yararlanmaq niyyətində olduğunu diqqətə çatdırıb.

N.Vərdək Əfqanıstan tərəfinin Azərbaycanın nəqliyyat-logistika imkanlarından istifadə etmək arzusunda olduğunu qeyd edib.

Sonda qonaqlar Dövlət Gömrük Komitəsində gömrük xidmətinin müasirləşdirilməsilə bağlı layihələr və “Hədəf” Mərkəzi ilə tanış olublar.

Son xəbərlər

Orphus sistemi