EBRD-nin Azərbaycan ofisinin rəhbəri: “Qadın sahibkarlar iqtisadi inkişafın irəliləməsində çox vacib rol oynayır"

EBRD-nin Azərbaycan ofisinin rəhbəri: “Qadın sahibkarlar iqtisadi inkişafın irəliləməsində çox vacib rol oynayır" Bakı. 5 mart. REPORT.AZ/ Sabah Bakıda Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Şərq Proqramı Tərəfdaşlığı Proqramı və Sahibkar Qadınlar Proqramı çərçivəsində netvörkinq tədbiri keçirəcək. 
Biznes
5 Mart , 2018 17:52
EBRD-nin Azərbaycan ofisinin rəhbəri: “Qadın sahibkarlar iqtisadi inkişafın irəliləməsində çox vacib rol oynayır

Bakı. 5 mart. REPORT.AZ/ Sabah Bakıda Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Şərq Proqramı Tərəfdaşlığı Proqramı və Sahibkar Qadınlar Proqramı çərçivəsində netvörkinq tədbiri keçirəcək. 

Bu barədə “Report”a Bankdan məlumat verilib.

“Şəbəkələşmə tədbiri iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən qadın sahibkarları bir araya gətirəcək, əsas diqqəti rəqəmsal marketinqin müəssisələrin böyüməsində əhəmiyyətinə yönəldəcək və Azərbaycanda müəssisələrə rəhbərlik edən qadınlara EBRD-nin xüsusi proqramını təqdim edəcək. Xüsusilə bu tədbir sahibkar qadınlar üçün 2018-ci ilin aprel-may aylarında keçiriləcək "Rəqəmsal Marketinq" təlimini təqdim etməyə imkan yaradacaq” -  deyə Bankın açıqlamasında qeyd edilib. 

Açıqlamaya görə, “Rəqəmsal Marketinq” təlimi müasir marketinq texnikası və elektron ticarət sahəsinə cıxışın az olması da daxil olmaqla müəssisə səviyyəsində qadın sahibkarların qarşılaşdıqları spesifik cətinlikləri aradan qaldırmaqla onların sahibkarlıq bacarıqlarını artırmağa yönəldilib. Bu təlim marketinq sahəsində dərin biliklər verməklə onun paraktikada tətbiqi, biliyin onlayn şəkildə əldə edilməsi və həmçinin nəzəriyyənin vebsayt, sosial şəbəkələr və elektron məktub vasitəsilə rəqəmsal sahəyə tətbiqi barədə məlumat verir.

"Biz inanırıq ki, qadın sahibkarlar iqtisadi inkişafın irəliləməsində və sahibkar qadınlar üçün bərabər imkanların yaradılması sahəsində çox vacib rol oynayır. Uyğunlaşdırılmiş proqram vasitəsilə qadınları dəstəkləmək onlara işqüzar biliklərin verilməsinə imkan yaradır ki, bu da onlara öz müəssisələrini dayanıqlı biznesə çevirmələri üçün zəruridir. Şəbəkələşmə və “Rəqəmsal Marketinq” təlimi iştirakçılara biznes əlaqələrini və sahibkarlıq bacarıqlarını artırmağa imkan yaradacaqdır, - deyə EBRD-nin Azərbaycan ofisinin rəhbəri İvana Duarte bildirib. 

Netvörkinq və qarşıdan gələn “Rəqəmsal Marketinq” təlimi EBRD-nin Sahibkar Qadınlar proqramının bir hissəsdir ki, bu da EU4Business Təşəbbüsü cərcivəsində Avropa İttifaqı, İsveç və Erkən Keçid Dövründə Olan Ölkələr Fondu tərəfindən maliyyələşdirilir.

Son xəbərlər

Orphus sistemi