Dünyanın ən böyük polad istehsalçısı ABŞ-dakı biznesini satır

Dünyanın ən böyük polad istehsalçısı ABŞ-dakı biznesini satır Polad istehsalçısı biznesini 1,4 milyard ABŞ dolları dəyərində qiymətləndirib
Biznes
28 Sentyabr , 2020 18:29
Dünyanın ən böyük polad istehsalçısı ABŞ-dakı biznesini satır

Dünyanın ən böyük polad istehsalçısı olan “ArcelorMittal” ABŞ-dakı biznesini yerli “Cleveland-Cliffs Inc.” şirkətinə satmaq ilə bağlı prinsipial razılaşma əldə olunduğunu elan edib.

“Report” “Kommersant”a istinadən xəbər verir ki, polad istehsalçısı biznesini 1,4 milyard ABŞ dolları dəyərində qiymətləndirib.

Əməliyyat nağd vəsait və səhmlər şəklində ödəniləcək. “Cleveland-Cliffs” avans olaraq “ArcelorMittal”a 505 milyon ABŞ dolları ödəyəcək. Qalan məbləğ “Cleveland-Cliffs”in adi və imtiyazlı səhmləri ilə ödəniləcək. Bundan əlavə, şirkət “ArcelorMittal USA”in öhdəliklərinə sahib çıxacaq. Buraya 0,5 milyard ABŞ dolları həcmində xalis öhdəlik, həmçinin “Cleveland-Cliffs”ın 1,5 milyard ABŞ dolları dəyərində qiymətləndirdiyi təqaüd və işdən sonrakı müavinət öhdəlikləri daxildir.

Bu birləşmə “ArcelorMittal”ın Amerika biznesinin xərclərini ildə 150 ​​milyon ABŞ dolları azaldacaq. Müqavilənin elan edilməsi fonunda polad şirkətinin səhmlərinin dəyəri Paris Fond Birjasında təxminən 10% artıb.

Son xəbərlər

Orphus sistemi