Ümumdünya Ticarət Təşkilatının rəhbəri xanım olacaq

Ümumdünya Ticarət Təşkilatının rəhbəri xanım olacaq Dünya Təcarət Təşkilatının baş direktoru vəzifəsinə seçkilərin final mərhələsinə çıxan namizədlərın hər ikisi xanımdır.
Biznes
8 Oktyabr , 2020 19:35
Ümumdünya Ticarət Təşkilatının rəhbəri xanım olacaq

Ümumdünya Ticarət Təşkilatının baş direktoru vəzifəsinə seçkilərin final mərhələsinə çıxan namizədlərın hər ikisi xanımdır.

“Report” təşkilata istinadən xəbər verir ki, nigeriyalı Nqozi Okonco-İveala və Cənubi Koreya Respublikasının nümayəndəsi Yu Myunq-Hee seçkilərin ikinci mərhələsinə adlamış beş namizədin (üçü xanımdır) arasında üstün olduqlarını sübut edə biliblər.

Beləliklə, WTO-nun sayca 7-ci baş direktoru təşkilatın tarixində ilk dəfə olaraq xanım olacaq.

1954-cü il təvəllüdlü N.Okonco-İveala Nigeriyanın maliyyə naziri, xarici işlər naziri, Dünya Bankının icraçı direktoru vəzifələrində çalışıb. 1967-ci il təvəllüdlü Yu Myunq-Hee isə hazırda Cənubi Koreyanın ticarət naziridir və bu vəzifəni tutan ilk xanımdır.

Xatırladaq ki, may ayında WTO əvvəlki baş direktoru Roberto Azevedo ailəsilə məsləhətləşmələrdən sonra vəzifəsindən bu ilin 31 avqust tarixində, yəni bir il tez getmək qərarını açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi