Onlayn elanlar bazarının lider şirkəti ucuz qiymətə satılır

Onlayn elanlar bazarının lider şirkəti ucuz qiymətə satılır “eBay” şirkəti onlayn elanlar bölməsi olan “Classifieds Group”u satmaq üçün 16 ölkədə onlayn satışları idarə edən Norveçin “Adevinta” şirkətilə danışıqlar aparır.
Biznes
20 İyul , 2020 19:57
Onlayn elanlar bazarının lider şirkəti ucuz qiymətə satılır

“eBay” şirkəti onlayn elanlar bölməsi olan “Classifieds Group”u satmaq üçün 16 ölkədə onlayn satışları idarə edən Norveçin “Adevinta” şirkəti ilə danışıqlar aparır.

“Report” WSJ”yə istinadən xəbər verir ki, dünyada onlayn elanlar bazarının lideri olan “Classifieds Group”un satışa çıxarılması hələ bu ilin fevral ayında məlum olmuşdu.

O zaman şirkətin satış qiyməti 12 milyard ABŞ dolları məbləğində olubsa da, koronavirus pandemiyasının dünya iqtisadiyyatına, o cümlədən işgüzar fəaliyyətlərə yetirdiyi ziyan üzündən hazırda sahibləri onu, heç olmasa, 8 milyard ABŞ dollarına satmağa ümidvardır.

Qeyd edək ki, Şimali Amerika, Avropa, Afrika, Avstraliyada fəaliyyət göstərən “Classifieds Group”un ötən ilki mənfəəti 1,1 milyard ABŞ dolları olub.

Son xəbərlər

Orphus sistemi