Dövlət Komitəsindən Qarabağa dair 22 milyon manatlıq satınalma

Dövlət Komitəsindən Qarabağa dair 22 milyon manatlıq satınalma Dövlət Şəhərsalma və Arxitertura Komitəsi 6 tenderə yekun vurub
Biznes
376
26 Aprel , 2021 14:03
Dövlət Komitəsindən Qarabağa dair 22 milyon manatlıq satınalma

Dövlət Şəhərsalma və Arxitertura Komitəsi düşmən təcavüzü nəticəsində dağılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyac olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektleri üçün layihə-smeta sənədlərinin işlənməsi və tikinti müddətində müəllif nəzarətinin həyata keçirilməsi (1), eləcə də Mingəçevir şəhərində, Ağdam və Bərdə rayonlarında (2), Gəncə şəhərində (3), Tərtər rayonunda (4), Füzuli, Cəbrayıl və Tərtər rayonlarında (5), Naftalan şəhərində, Ağcabədi, Goranboy, və Beyləqan rayonlarında (6) dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin təmir, bərpa və tikintisi ilə bağlı elan etdiyi 6 açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibləri müvafiq olaraq Komitənin "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutu, eləcə də “Rabitəinşaat” ASC, “Conco” QSC, “Real-İnşaat”, “Az Graft Construction” və “Parlaq-N” MMC-lərdir.

Qaliblərə müvafiq olaraq 1,162 milyon manat, 4,579 milyon manat, 4,895 milyon manat, 5,671 milyon manat, 3,388 milyon manat və 2,116 milyon manat, ümumilikdə isə 21,811 milyon manat ödəniləcək.

Son xəbərlər

Orphus sistemi