“Doing Business"ə dair iddialar IMF-in icraçı direktoru ilə müzakirə ediləcək

“Doing Business"ə dair iddialar IMF-in icraçı direktoru ilə müzakirə ediləcək Beynəlxalq Valyuta Fondunun (IMF) İdarə Heyəti (İH) Dünya Bankının “Doing Business 2018” hesabatının hazırlanmasında qanun pozuntularına yol verilməsini iddia edən hüquq bürosu "Wilmer Hale"in nümayəndələri ilə görüşüb.
Biznes
5 Oktyabr , 2021 10:21
“Doing Businessə dair iddialar IMF-in icraçı direktoru ilə müzakirə ediləcək

Beynəlxalq Valyuta Fondunun (IMF) İdarə Heyəti (İH) Dünya Bankının “Doing Business 2018” hesabatının hazırlanmasında qanun pozuntularına yol verilməsini iddia edən hüquq bürosu "Wilmer Hale"in nümayəndələri ilə görüşüb.

"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir.

Xatırladaq ki, sözügedən hüquq bürosu hesabatda Çini önə çəkmək üçün IMF-in icraçı direktoru Kristalina Georgieva da daxil olmaqla bank rəsmilərinin işçilərə təzyiq göstərdiyini bəyan edir. Fond isə bildirir ki, “Doing Business 2018” hesabatı ilə bağlı iddialar araşdırılır və bu məsələ K.Georgieva ilə də müzakirə ediləcək. İH hərtərəfli, obyektiv və vaxtında araşdırma aparmaq əzmindədir.

Xatırladaq ki, Çinin mövqeyi ilə bağlı iddialardan sonra Dünya Bankı “Doing Business" hesabatının nəşrini dayandırdığını bəyan edib.

Son xəbərlər

Orphus sistemi