Rəşad Əhmədov: "Daşınmaz əmlakın icbari sığortası elektronlaşdırılacaq"

Rəşad Əhmədov: "Daşınmaz əmlakın icbari sığortası elektronlaşdırılacaq"
Biznes
213
20 Fevral , 2020 18:57
Rəşad Əhmədov: Daşınmaz əmlakın icbari sığortası elektronlaşdırılacaq

“Daşınmaz əmlakın icbari sığortası bazarının həcminin artırılması, eyni zamanda bu sahənin elektronlaşdırılmasının da məcburiliyini göstərir. Bildiyiniz kimi artıq Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqavilələri kağız şəhadətnamə blanklarında deyil, elektron sənəd formasında bağlanılır".

“Report” xəbər verir ki, bu sözləri REAL TV-nin canlı yayımına qonaq olan İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov bildirib.

Onun sözlərinə görə, avtonəqliyyat vasitələri sahibləri sığorta şirkətlərinə elektron qaydada müraciət edir. Daxili İşlər Nazirliyi və İcbari Sığorta Bürosunun informasiya sistemləri inteqrasiya olunduğu üçün sığorta şəhadətnamələri elektron qaydada verilir.

O qeyd edib ki, buna bənzər sistemi biz daşınmaz əmlakın icbari sığortasının hər 3 növünə tətbiq etmək istəyirik: "Bu dəyişiklikləri həyata keçirmək üçün qanunvericilikdə dəyişiklik etmək lazımdır. Lakin Nazirlər Kabinetində keçirilən müşavirədə bu layihənin qanun qəbul edilmədən test rejimində tətbiq edilməsi barədə qərar verilib və biz artıq bu layihənin icrasına başlamışıq".

Xatırladaq ki, 2016-cı il noyabrın 1-dən etibarən avtomobillər üçün icbari sığorta müqavilələrinin bağlanılması kağız daşıyıcılardan elektron sənəd formasına keçirilib.