Daha iki ölkə Azərbaycandan vafli tədarükünə başlayıb

Biznes
  • 07 sentyabr, 2022
  • 06:02
Daha iki ölkə Azərbaycandan vafli tədarükünə başlayıb

Bu ilin I yarısında Azərbaycandan xaricə 1,286 milyon ABŞ dolları dəyərində 612,95 ton vafli və vafli həbləri göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2 dəfə, kəmiyyət olaraq – 47,8 % çoxdur.

Yəmənə 633,19 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 3,6 dəfə artıb) 258,18 ton (+2,7 dəfə), Gürcüstana 367,38 min ABŞ dolları dəyərində (+21,1 %) 226,37 ton (+0,3 %), İraqa 165,8 min ABŞ dolları dəyərində 64,21 ton, Fələstinə 23,43 min ABŞ dolları dəyərində 11,54 ton, İrana 20,05 min ABŞ dolları dəyərində (-26 %) 9,79 ton (-45 %), Moldovaya 18,41 min ABŞ dolları dəyərində 8,8 ton məhsul satılıb.

Bir illik fasilənin ardından İraqa ixrac bərpa edilib. Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Fələstin və Moldovaya tədarük həyata keçirilib.

Hesabat dövründə Azərbaycan xaricdən 5,736 milyon ABŞ dolları dəyərində 2 min 151 ton vafli və vafli həbləri alıb ki, bu da bir il əvvəlki göstəricilərlə müqayisədə müvafiq olaraq 3,3 % çoxdur və 7,6 % azdır.

Rusiyadan 3,029 milyon ABŞ dolları dəyərində (+17,7 %) 1 min 338 ton (+0,7 %), Türkiyədən 1,712 milyon ABŞ dolları dəyərində (+18,9 %) 454,95 ton (+8,6 %), Bolqarıstandan 323,15 min ABŞ dolları dəyərində (-40 %) 99,1 ton (-40,3 %), İrandan 287,89 min ABŞ dolları dəyərində (-17 %) 165,13 ton (-10,3 %), Ukraynadan 140,41 min ABŞ dolları dəyərində (-51,4 %) 54,07 ton (-65 %) vafli gətirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti