Çin ən çox milyarderə sahib ölkə olub

Çin ən çox milyarderə sahib ölkə olub 2020-ci ildə Çində milyarderlərin sayı daha 259 nəfər artaraq 1 058-ə çatıb
Biznes
4 Mart , 2021 10:50
Çin ən çox milyarderə sahib ölkə olub

2020-ci ildə Çində milyarderlərin sayı daha 259 nəfər artaraq 1 058-ə çatıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bununla da Çin ən çox milyarderə sahib ölkə olub.

Milyarderlərin sayına görə növbəti pillələrdə ABŞ (696), Hindistan (177), Almaniya (141), İngiltərə (134), İsveçrə (100) və Rusiya (85) qərarlaşıb.

Ümumilikdə ötən il dünyada milyardlerlərin sayında 610 nəfər artım olub. Hesabat dövründə 2 312 milyarder sərvətini artırıb, 282 milyarderin sərvətində dəyişiklik olmayıb.

İl ərzində 32 milyarder dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi